K U L İ N A R İ Y A
Şaftalı piroqu resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Şaftalı piroqu resepti

İnqrediyentlər:

  • Un 230 q
  • Yumurta – 2 ədəd
  • Şəkər tozu 200 q
  • Duz bir çimdik
  • Vanil 10 q
  • Şaftalı 3 ədəd (yetişmiş)
  • Şəkər tozu 60 q
Xəmiri hazırlamaq üçün: kərə yağı və şəkər tozu mikserlə ağaranacan çalınır.

Kütləyə yumurta əlavə edilib yenidən çalınır.

Proses xama əlavə olunaraq yenidən təkrarlanır.

Un, vanil, qabartma tozu, soda, duz qarışdırılıb çalınmış kütləyə əlavə edilir və taxta qaşıqla qarışdırılır.

İçliyi hazırlamaq üçün: qabığı soyulmuş şaftalı dilimlənir, qoz ləpəsi orta böyüklükdə doğranılır, darçının üzərinə şəkər tozu əlavə edilir və qarışdırılır.

Xəmir iki hissəyə bölünür.

Kalka sərilmiş fomaya xəmirin bir hissəsi yayılır, üzərinə şaftalı dilimləri düzülür, şəkərli darçın və doğranılmış qoz səpilir.

İçliyin üzərindən ikinci xəmir hissəsi yayılır və yenidən birinci prosesdə olduğu kimi içlik qoyulub öncədən 180 dərəcəyədək qızdırılmış sobada 1 saat ərzində hazırlanır