K U L İ N A R İ Y A
Albalı ilə çizkeyk
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Albalı ilə çizkeyk

İnqrediyentlər:

  • 100 qr şəkərli peçenye
  • 250 qr qaymaqlı pendir
  • 250 qr yağlı qaymaq
  • 3 x.q. şəkər tozu
  • 1 paket vanil
  • yarım stəkan şəkər tozu
Albalıdan şiyərdəkləri çıxardın, şəkər, limon şirəsi əlavə edin, oda qoyun. Qaynara düşəndə 2 x.q. soyuq su ilə qarışdırılmış nişastanı əlavə edin, daim qarışdırın. Kütlə qatılaşanda oddan götürün, soyudun.

Peçenyeni blenderdə xırdalayın.

Qaymağı mikserlə yaxşı çalın, hissə-hissə şəkər tozu və vanilin əlavə edin, qaymaqlı pendir əlavə edin, yenə çalın. Kremin dadına baxıb zövqə görə şəkər tozunu əlavə edə bilərsiniz.

Dondurma qabların və ya enli şüşə stəkanların dibinə peçenye layı, sonra ağ krem, üzərinə albalı qoyun.

Deserti soyuducuda bir neçə saat saxlayın