K U L İ N A R İ Y A
Almalı Şarlotta resepti
Admin 20 Aug, 2025 2 baxış 2 nəfər

Almalı Şarlotta resepti

İnqrediyentlər:

  • 4 yumurta
  • 1 st. şəkər tozu
  • 1 st. un
  • 2 ədəd böyük alma
Əvvəlcə yumurtaları bir qabda mikserlə çalın.Sonra şəkər tozunu əlavə edə-edə ağarana qədər mikserlə qarışdırın.

Unu ələkdən keçirib qaşıqla altdan yuxarı olmaqla yavaş-yavaş qarışdırın.

Almaları yuyub qabığını soyun və nazik dilimlər şəklində doğrayın.Listi yağlayın, üzərindən bir az un səpib xəmirin yarısını töküb almaları düzün və darçın səpin.

Qalan xəmiri də almaların üzərini örtəcək şəkildə əlavə edin.

180 dərərcə isidilmiş sobada 40-45 dəqiqə bişirin.Soyudub qabdan çıxarın.Çox asan və sadə hazırlanan, amma çox ləzzətli bir desert əldə edəcəksiz.