K U L İ N A R İ Y A
Asiyasayağı toyuq salatı resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Asiyasayağı toyuq salatı resepti

İnqrediyentlər:

  • 3 stəkan doğranılmış kələm
  • 300 qram nazik doğranılmış toyuğun ağ əti
  • 1/2 stəkan doğranılmış qızardılmış badam
  • 3 stəkan doğranılmış kahı
  • 1 ədəd təmizlənmiş nazik doğranılmış qırmızı şirin bibər
  • 1/4 stəkan duru yağ
  • 1/2 çay qaşığı şəkər tozu
  • 1 çimdik duz
Salat üçün: Kökü təmizləyərək, böyük salat qabına yerləşdirin. Üzərinə kələmi, kahını, bibəri, nanəni, toyuq ətini, badamı və küncüd toxumunu əlavə edərək, yaxşıca qarışdırın.

Sous üçün: Balaca qabda yağı, soya sousunu, sirkəni və şəkər tozunu çalın. əlavə dad üçün, duz və istiotdan istifadə edin.

Sousu salatın üstünə əlavə edərək qarışdırın. Ərzaqların dadının qarışması üçün 10 dəqiqə saxlayın. Daha sonra süfrəyə verə bilərsiniz