balıqlı kotlet
İnqrediyentlər:
- 400 qr balıq filesi
- 1 ədəd toyuq yumurtası
- 6 ədəd bildirçin yumurtası
- 6 x/q süd
- Duz (zövqə görə)
Əlinizi soyuq suya salın, daha sonra hazır olan balıq filesindən təxminən əlinizin içinə yerləşəcək boyda götürün və əlinizdə düzləşdirin (şəkildəki kimi). Ortasına 1 ədəd bildirçin yumurtası qoyun. Daha sonra balıq filesi ilə onu yumru kotlet formasında bükün. Kotleti elə hazırlayın ki, yumurta görünməsin. Daha sonra kotleti çörək suxarısına hərtərəfli bulayın. Hazır olan kotletləri buxar qazanında bişirin.
Əgər buxar qazanınız yoxdursa, sobada da bişirə bilərsiniz. Bunun üçün sobanı 180 dərəcədə qızdırın. Qabın içini duru yağla yağlayın və kotletləri buraya düzün və 40 dəqiqə bişirin.
Bu yeməyi fərqli balıqlarla yoxlaya bilərsiniz. Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.