K U L İ N A R İ Y A
Buchteln Bulki resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Buchteln Bulki resepti

İnqrediyentlər:

  • Yarım stəkan süd
  • 50 qr. kərə yağı
  • 2 yumurta sarısı, 1 bütöv yumurta
  • 50 qr şəkər tozu (4-5 xörək qaşığı)
  • Bir çimdik duz
  • Vanil şəkəri 1 paket və ya vanilin qaşığın ucunda
  • 350 qr un (3 stəkan)
  • 200 ml qaymaq
  • 2 xörək qaşığı şəkər tozu
Xəmir yoğurmaq üçün ilıq südə bir az un, şəkər tozu və maya töküb köpməyini gözləyirik. Maya köpəndə una mayanı və digər ərzaqları qatıb yumşaq xəmir yoğururuq. Xəmirin üstünü sellofan və dəsmal ilə örtüb isti yerdə 1,5 saat gəlməyə qoyurug.

Xəmiri kündələrə ayırıb, qabı yağlayıb bir-birindən bir qədər aralı içinə yığırıq. Yaxşı olar ki, qabınız dərin olsun, çünki sonra bulkilərin qzərinə qaymaq tökəcəyik.

Qabı isti yerdə 30-40 dəqiqə saxlayırıq. Mən əvvəlcədən sobanı bir az qızdırıb söndürdüm və qabın üzərini dəsmal ilə örtərək sobaya qoydum. Belə olduqda xəmir daha tez və çox şişir.

Başqa bir qabda qaymağı bir az isidib üzərinə şəkər tozunu töküb yaxşı qarışdırırıq. Bu sousun yarısından bir az çoxunu bulkilərin üzərinə tökürük. Məndə yanı açılan qab olduğu üçün qaymağın axıb töküləcəyindən ehtiyat edərək qabın altına və kənarlarına folqa kağızı sarıdım.

180 dərəcəli sobada 30 dəqiqə bişdikdən sonra bulkiləri çıxarıb qalan qaymaqlı sousu da üzərinə töküb yenə 15-20 dəqiqə bişirib sobadan götürürk.

Bu bulkinin üzəri qızarmış xırçıltılı, altı isə qaymaq və şəkərli sousdan islanmış xüsusi ləzzətli olur.