K U L İ N A R İ Y A
Çiyələk limonadı
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Çiyələk limonadı

İnqrediyentlər:

  • 1\2 stəkan şəkər tozu
  • 450 qr çiyələk (soyulmuş)
  • 3\4 stəkan limon suyu
  • 4 stəkan qazlı su
Sadə şərbət hazırlamaq üçün orta boy qazana şəkər tozu və 1\2 stəkan suyu əlavə edirik. Şəkər tozu əriyənə qədər 2-3 dəqiqə qaynadırıq. Hazır olandan sonra soyuması üçün kənara qoyuruq.

Meyvə suyu çəkən maşına (blenderə) çiyələyi əlavə edirik, 1-2 dəqiqə çiyələk püre halına gələnə qədər çəkirik, daha sonra tənzifdən süzürük.

Dolçaya(sürahiyə) çiyələk püresini, limon suyunu və şərbəti əlavə edirik. Daha sonra soyusun deyə soyuducuya qoyuruq.

Süfrəyə verərkən qazlı su və buz əlavə edirik