K U L İ N A R İ Y A
Ciyelek Piroqu
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Ciyelek Piroqu

İnqrediyentlər:

  • 3 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan un
  • 300 qr. çiyələk
  • vanilli şəkər 10 qr. (1 paket)
  • bir çimdik duz
Əvvəlcə bir qaba yumurtaları və şəkəri əlavə edin. Mikser ilə ağarıb köpüklənənə qədər qarışdırın.

Daha sonra mayonezi əlavə edin. Vanili də əlavə edib yenə mikser vasitəsi ilə qarışdırın. Bir çimdik duz əlavə edin

Başqa bir qabda quru ərzaqları – un və qabartma tozunu qarışdırın. Az-az duru məhlula əlavə edib qaşıq və ya spatula ilə ehtiyatla un həll olana qədər qarışdırın. Xəmirdə un topalarının qalmamasına fikir verin

Piroqu bişirəcəyiniz qabı yağlayın. Hazırladığınız piroq məhlulunu qaba töküb üzərini qaşıqla bərabəqləşdirin.

Çiyələkləri əvvəlcədən yuyub suyunu qurudun. Təmizləyib iki yerə bölün. Doğradığınız çiyələkləri piroqun üzərinə sıx şəkildə düzün.

180 dərəcəyə qədər isidilmiş sobada 30 dəqiqə bişirin. Piroq hazır olub soyuduqdan sonra üzərinə şəkər kirşanı səpə bilərsiniz