Dietik dolma resepti
İnqrediyentlər:
- 1 stəkan bulqur
- 150 qr bişmiş file
- 35-40 ədəd iri Üzüm yarpağı
- 2 ədəd pomidor
- 1 ədəd böyük yerkökü
- 1 ədəd soğan
- 1 dəstə şüyüd
- Nanə, sarıkök, darçın, duz, istiot
- çox az duz
Əvvəlcəe bulqurumuzu yuyub isladıriıq. Daha sonra bir qabda soğanı rəndələyirik. Pomidorları, yerkökünü xırda olmaqla kubik şəkilində doğrayırıq, bulqur, qarok, xırda doğranmış şüyüd, file və digər ləvazimatlarımızı soğanın üzərinə əlavə edib taxta qaşıqla qarışdırırıq. Yarpağın içinə lazımi qədərincə içliyi qoyub əvvəlcə kənarlarını bükürük daha sonra saplaq tərefindən başlayıb ucuna qədər rulet şəklində bükürük. Qazanın dibinə 4 ədəd yarpaq səririk, daha sonra dolmaları düzürük, üzərinə 1 stəkan qaynar su əlavə edib vam odda bişməyə qoyuruq.
Sousun hazırlanması:↓
Qatıqı bir qaba töküb, üzərinə duz, limon suyu, xırda doğranmış cəfərini əlavə edib qarışdırırıq. Bişdikdən sonra dolmaları boşqaba düzüb kənarlarına limon dilimləri düzürük üzərinə sous əlavə edib servis edirik