K U L İ N A R İ Y A
Diyetik toyuq şişi resepti
Admin 20 Aug, 2025 2 baxış 2 nəfər

Diyetik toyuq şişi resepti

İnqrediyentlər:

  • 100 qr arzu etdiyiniz növlərdə bibər
  • 300 qr toyuğun döş əti
  • 2 ədəd göy soğan
  • Duz
  • 1 xörək qaşığı maye yağ
  • 250 qr qatıq
  • 5 ədəd taxta şiş
  • 2 baş quru soğan (100 qr)
Ətləri, bibərləri və göy soğanları yuduqdan sonra qurulayın və iri hissələr halında doğrayın. Soğanları soyub yuyun və qalın halqalar şəklində kəsin.Bütün vəsaiti tək-tək, taxta şişlərə keçirin. Üzərlərinə duz və qara bibər səpin. 1 xörək qaşığı maye yağı tavada isidib, orta istilikdəki odda şişləri qızardın. Qatığa duz, qara bibər və qırmızı bibər səpib, toyuq şişlərin yanında servis edin