K U L İ N A R İ Y A
Əriklə kiçik kekslər
Admin 20 Aug, 2025 2 baxış 6 nəfər

Əriklə kiçik kekslər

İnqrediyentlər:

  • 150 qr kərə yağı (ev temperaturunda)
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan un
  • 3 yumurta
Yumşaq kərə yağını şəkər tozu yaxşı çalın. Bir-bir yumurta əlavə edin, hər dəfə çalın.

Unu qabartma tozu ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, qaşıqla ehtiyatla qarışdırın.

Ərikləri yuyun, çəyirdəkləri çıxardın, 4-6 tikəyə bölün.

Xəmiri silikon formalara qoyun (formanın 2/3 hissəsinə qədər), üzərinə ərik tikəsini qoyun.

Sobanı qabaqcadan 180 C qədər qızdırın, keksləri 15-20 dəqiqə bişirin. Kekslərin hazır olub-olmadığını diş çöpü ilə yoxlayın. Diş çöpünü keksə batırın, çöp qurudursa, keks hazırdır