K U L İ N A R İ Y A
Əsl spaqetti. İtaliya dadı
Admin 20 Aug, 2025 2 baxış 5 nəfər

Əsl spaqetti. İtaliya dadı

İnqrediyentlər:

  • 400 qr farş
  • 100 qr tomat pastası
  • 1/2 stəkan bulyon
  • duz, qara istiot, quru reyhan.
Spaqetti bişiririk. (Spaqetti yapışmasın deyə suya 1 xörək qaşığı zeytun yağı əlavə edirik.)

İsti tavaya zeytun yağı tökürük. Sarımsağı 2 yerə bölüb yağda qızılı rəng alana qədər qızardırıq və sonra yağdan çıxardırıb atırıq (sarımsağın dadı yağa çıxıb).

Soğanı uzun-uzun doğrayırıq, kökü sürtgəcdən keçirdirik və yağda qızardırıq.

Tərəvəzlər yumşaq olanda farş əlavə edirik və orta odda qarışdıra-qarışdıra 15 dəqiqə ərzində bişiririk.

Sonra tomat pastası, bulyon, duz, istiot, reyhan əlavə edilir, yaxşı qarışdırılır, qazanın qapağı örtülür və sous vam odda hazır olana qədər bişirilir.