K U L İ N A R İ Y A
Ətirli alma çayı
Admin 20 Aug, 2025 2 baxış 4 nəfər

Ətirli alma çayı

İnqrediyentlər:

  • 2 x.q. narın şəkər tozu
Sobanı 100 dərəcə qızdırın.

Almaları təmizləyib kubik doğrayın. Dərin qaba yığın, üzərinə limon şirəsi və şəkər tozu töküb yaxşıca qarışdırın.

Siniyə bir lay yığın, sobaya qoyub 1 saat 30 dəqiqə qurudun.

Sonra sobadan çıxarıb elə sinidə tam soyudun.

Darçın və mixəyi quru tavada orta itilikli odda 2 dəqiqə qovurun. Həvəngdəstədə döyün. Blenderdə də xırdalaya bilərsiniz, amma həvəngdəstədə hazırlasanız, ətri daha güclü olacaq.

İri qabda quru çay, ədviyyat və almanı qarışdırın.

Ağzı hermetik bağlanan qaba yığıb 2 həftə saxlayın. Sonra adi çay kimi dəmləyin