K U L İ N A R İ Y A
Göbələkli yay salatı
Admin 20 Aug, 2025 2 baxış 5 nəfər

Göbələkli yay salatı

İnqrediyentlər:

  • 1 ədəd orta boy soğan
  • 1 ədəd orta boy yerkökü
  • 1 ədəd kiçik qırmızı bolqar bibəri
  • 1 ədəd kiçik sarı və/ya narıncı rəngi bolqar bibəri
  • 1 ədəd kiçik yaşıl bolqar bibəri
  • 1 ədəd orta boy turşu xiyar, uzun-uzun və nazik doğrayın
  • 1 ədəd orta boy təzə xiyar, qabığını soyub uzun-uzun və nazik doğrayın
  • Duz və istiot
1. Göbələkləri ortadan iki yerə kəsin (çox balacadırlarsa, kəsməyə də bilərsiniz).

2. Soğanları uzun-uzun və nazik doğrayın. Sonra bir qaba qoyub üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra isə suya çəkib, əlinizlə suyunu tamamilə sıxın.

3. Yerkökünü suda yarım bişənə kimi qaynadın, soyun, və uzun-uzun və nazik doğrayın.

4. Bolqar bibərlərini uzun-uzun və nazik doğrayın.

5. Turşu xiyarı uzun-uzun və nazik doğrayın. Təzə xiyarın qabığınız soyun uzun-uzun və nazik doğrayın.

6. Soğanla birgə bütün ərzaqları iri qarışdırma qabına qoyun.

7. Üstünə limon suyu və zeytun yağı əlavə edin və zövgə görə duzlayıb istiotlayın.

8. Qarışdırıb bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verin.