K U L İ N A R İ Y A
Gul Mantisi
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Gul Mantisi

İnqrediyentlər:

  • 500 q un
  • 1,5 x.q. duz
Əti, quyruq və tərəvəzi xırda kubik doğrayın.

Duz, istiot, döyülmüş zirə əlavə edib yoğurun, soyuducuda 20 dəqiqə saxlayın.

Un, su, duzdan bərk xəmir yoğurun. 2 yerə bölüb üzərinə qida plyonkası çəkin, 15 dəqiqə saxlayın.

Nazik yayın. Enli şəridlərə doğrayın. Şəridlərə bitki yağı çəkin. Hər şəridin üstünə iç yayın.

İkiyə qatlayıb kənarlarını (ağzını yox) bitişdirin.

Kənardan başlayaraq rulet kimi bükün, qıraqlarını yapışdırın.

Gül formasında mantı alınacaq. Hər mantının aşağısını bitki yağına batırın ki, bişən zaman yapışmasın, çıxarmaq asan olsun.

Mantı qazanında 40-45 dəqiqə bişirin