K U L İ N A R İ Y A
Kabak dolmasi
Admin 20 Aug, 2025 2 baxış 2 nəfər

Kabak dolmasi

İnqrediyentlər:

  • 150 qram toyuğun döş əti
  • 1 ədəd balqabaq
  • 1/2 ədəd pomidor
  • 100 qram brokkoli
  • 40 qram kök
  • 50 qram pendir
  • Duz
Balqabağı yuyun. İki yerə bölün. Səliqəli şəkildə içini təmizləyib, duz və istiot vurun.

Tərəvəzləri yuyun və hamısını kvadrat formasında doğrayın.

Toyuğun döş ətini də kvadrat formasında doğrayın.

Pendiri rəndədən keçirin.

Yağı tavaya qoyun. Tərəvəzləri, toyuğun döş ətini qarışdırıb yağda 7-8 dəqiqə bişirin.

Hazır olan içliyi bir qaba tökün və üzərinə qatıq əlavə edib diqqətlə qarışdırın.

İçliyi balqabağın içinə doldurun üzərinə pendiri əlavə edin.

Sobada 180 dərəcədə 40 dəqiqə bişirin