K U L İ N A R İ Y A
Kartof salat resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Kartof salat resepti

İnqrediyentlər:

  • 200 ml bulyon (kubikdən hazırlana bilər)
  • 5-6 nazik dilim tərkibində az yağ olan, hisə verilmiş bekon
  • 2 dəstə yaşıl soğan
  • 100 ml günəbaxan yağı və ya üzüm toxumu yağı
  • 100 ml sirkə (alma sirkəsi də ola bilər)
  • duz, istiot
Kartofu qabıqlı-qabıqlı zirə ilə birlikdə 25-30 dəqiqə suda bişirin.Soğanı kublara doğrayın.

Kartofun qabığını soyun, dilim-dilim doğrayın, üstünə soğan səpin.

Bulyonu sirkənın yarısı ilə birlikdə qaynadın, sonra isə onu qaynar-qaynar kartofların üzərinə tökün.

Hər şeyə duz-istiot qatın, sonra ehtiyatla qarışdırın və 30 dəqiqə gözlədin.

Kartofun üzərində olan bulyonun bir hissəsini boşalda bilərsiniz.

Bekonu qızardın, xırda-xırda doğrayın və salata əlavə edin.

Qalan sirkəni yağla çalın, doğranmış yaşıl soğanın yarısını əlavə edin və bütün bunları salatın üzərinə tökün.

Süfrəyə verilmə: Süfrəyə verməzdən öncə salatın üzərinə yaşıl soğanın qalan hissəsini tökün.