K U L İ N A R İ Y A
Marqarita pizza
Admin 20 Aug, 2025 2 baxış 2 nəfər

Marqarita pizza

İnqrediyentlər:

  • 1,5-2 stəkan un,
  • 1 çay qaşığı şəkər tozu,
  • ½ çay qaşığı duz,
  • 4-5 ədəd pomidor,
  • duz və döyülmüş istiot
İlıq su, şəkər və mayanı yaxşıca qarışdırıb, 10-15 dəqiqə saxlayırıq.

Həmin qaba duz, zeytun yağı və ayırdığımız unun yarısını əlavə edib, qarışdırdıqdan sonra unun qalan hissəsini də xəmirə qatırıq.

Üstünə zeytun yağı çəkib təmiz dəsmala bükür və 1 saat isti yerdə saxlayırıq. Acıdıqdan sonra xəmiri üstdən sıxıb, yenidən 30 dəqiqə isti yerə qoyuruq.

Həmin müddət ərzində tomat sousu hazırlayırıq. Bunun üçün pomidorların qabığını soyub, kub şəklində doğrayırıq. Sarımsaq xırdalanır və qatılaşana kimi 20-40 dəqiqə ərzində yağda qızardırıq.

Sonra tavaya duz, isiot və bir çimdik şəkər əlavə edib, hamısını qovururuq. Mosarellanı ya sürtkəcdən keçirir, yaxud da kub şəklində doğrayırıq. Sonra acımış xəmiri iki hissəyə bölürük.

Çünki bu ərzaqlar iki pitsa üçün nəzərdə tutulub. Xəmirin bir hissəsini unlayıb, 3 mm qalınlığında yayırıq. Tavanı azca unlayıb açdığımız xəmiri içinə yerləşdiririk.

Üzərinə tomat sousu çəkib, üstündən reyhanın bir neçə yarpağını yerləşdirirk. Pitsa 250 dərəcədə 5-7 dəqiqə ərzində bişirilir.

Sonra xəmiri sobadan çıxarıb üzərinə mosarella əlavə edir və pendir tam əriyənə kimi yenidən bişiririk. Hazır olduqdan sonra pitsanı hissələrə ayırır, üstünü reyhanın yarpaqları ilə bəzəyir və isti vəziyyətdə süfrəyə veririrk