Pankeyk resepti
İnqrediyentlər:
- 250ml süd
- 2 yumurta
- 3 yemək qaşığı şəkər tozu
- Vanil
- Bir çimdik duz
- 250qr un
Yumurtaları qırırıq, şəkər, duz və vanil əlavə edirik. Mikserlə köpüklənənə qədər çalırıq. Südü tökürük - qarışdırırıq, daha sonra zeytun yağı və yenə qarışdırırıq. Unu ələyirik və bir çay qaşığı soda əlavə edirik. Qarışdırırıq, ancaq bunu tez etməyə çalışırıq, əgər uzun çəksə, pankeyklər yumşaq deyil, "rezin kimi" olacaqlar. Xəmir hazırdır - o çox qatı deyil, yaxşı axıcıdır. Quru, yağlanmamış tavada hər iki tərəfini qızardırıq. Tökülən xəmirin üstündə kiçik qabarcıqlar yarandıqda, bu o deməkdir ki, artıq digər üzünü çevirib, qızartmaq lazımdır. Əks tərəfi də qızarana qədər pişiririk və budur, vualya pankeyklər hazırdır! Onların yanına ürəyiniz nə istəyirsə, verə bilərsiniz!