K U L İ N A R İ Y A
Pavlova Resepti
Admin 20 Aug, 2025 6 baxış 3 nəfər

Pavlova Resepti

İnqrediyentlər:

  • 5 ədəd yumurta ağı
  • 300 q toz şəkər
  • 1 paket vanilya
  • 10 ədəd çiyələk
  • 1 stəkan süd
  • 2 yemək qaşığı şəkər tozu
  • vanil
Yumurtanın ağlarını köpük halına gətirin. Yavaş-yavaş toz şəkər əlavə edin. Şəkər əriyənə qədər 25 dəqiqə çırpın. Qatı bir köpük əldə edin.

Qarışıma sirkə, nişasta, vanilin qoyun. 5 dəqiqə daha çırpın. Soba sinisinə alminyum folqa sərin. Folqanın üzərinə əldə etdiyimiz qatı köpüyü yaymadan yuxarı doğru təpə formasında qoyun. Daha sonra 150 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Soba soyuyana qədər qapağını açmayın. Soyuyanda sobadan çıxarın. Bir tərəfinə seçdiyiniz meyvələri yerləşdirin. Üzərinə hazırladığınız krem şanti tökün.Krem şantini hazırlamaq üçün bir kasaya çiy südü, pudra şəkərini və vanilini qoyun.

Mikserlə qarışdırın (Çox qarışdırılsa pozular)