Pip Dolması Azerbaycan
İnqrediyentlər:
- 3 ədəd soğan
- 200 qr quyruq
- 1 dəstə şüyüd, keşniş
- 150 qr yumru düyü
- duz, istiot
İçliyi hazırlamaq üçün əti ətçəkən maşından keçirin. Quyruğu və soğanı da çəkib qiyməyə əlavə edin. Qiyməyə xırda doğranmış göyərti, duz və istiot əlavə edib qarışdırın.
Təzə pip yarpaqlarını qaynar suda pörtlədin və ya duza qoyulmuş yarpaqları yarımhazır vəziyyətə gələnədək suda bişirin. Pip yarpaqlarına içlikdən qoyub bükün.
Bu qaydayla yarpaq və içlik bitənədək dolmaları büküb qazana yığın. Dolmanın üzərinə su töküb bişirin. Zövqə görə üzərinə doğranmış kərə yağı düzüb bişirin. Bişən dolmanı süfrəyə qatıqla birlikdə verə bilərsiniz