Pomidorlu tart resepti
İnqrediyentlər:
- 250 qr un
- 100 ml günəbaxan yağı
- 100 ml ilıq su
- 150 qr holland pendiri
- 4 ədəd pomidor
- 1 çay qaşığı duz
Duz, un, qabartma tozunu geniş bir qabda qarışdırın. Unun ortasını açın, içinə yağı və suyu əlavə edin. Xəmir halına gələnə qədər yoğurun. Ehtiyacınız daxilində bir miqdar su və un əlavə edə bilərsiniz. Xəmiri açdıqdan sonra tart qəlibinizə uyğun şəkildə yerləşdirin. Üzərinə xardal sürtün və rəndələnmiş pendir qoyun. Dilimlənmiş pomidorları, zeytu nyağı və ədviyyatları üzərinə səpin. 210 dərəcəlik sobada 30-35 dəqiqə bişirin