K U L İ N A R İ Y A
Ponçik resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Ponçik resepti

İnqrediyentlər:

  • 250 ml qatıq
  • 1 ədəd yumurta
  • 5 x/q şəkər tozu
  • 1 çimdik duz
  • 3 stəkan un
  • şəkər pudrası
Qatığı yumurta, duz və şəkər tozu ilə yaxşıca qarışdırırıq. Qarışıma soda və bitki yağı əlavə edirik. Üzərinə un ələyib yoğururuq. Xəmir yumuşaq və ələ yapışmayan olmalıdır. Xəmiri iki kündəyə ayırıb, kündələri oxlovla 1 sm qalınlığında yayırıq. Fincanın ağzı ilə dairələr kəsib, içərisində rumkanın köməyi ilə deşik açırıq. Artıq qalan xəmiri bir yerə toplayıb, yenidən istifadə edirik. Əvvəlcədən qızdırılmış tavaya 1 sm hündürlüyündə yağ əlavə edib, ponçikləri ikitərəfli qızardırıq. Üzərinə şəkər pudrası səpib yeyirik