K U L İ N A R İ Y A
Qara gavalı ilə ballı keks resepti
Admin 20 Aug, 2025 2 baxış 5 nəfər

Qara gavalı ilə ballı keks resepti

İnqrediyentlər:

  • 2 yumurta
  • 0,5 st. şəkər tozu
  • 390 q un
Tünd çay dəmləyib bunun 3/4 stəkanını götürün.

Yumşaldılmış yağı bal və şəkər tozu ilə qarışdırın, çay və yumurtaları əlavə edin, qarışdırın.

Gavalıdan başqa digər quru ərzağı bir qabda qarışdırıb sonra ballı-yumurtalı qarışığa əlavə edin.

Qara gavalını yuyub qurudun, xırda doğrayıb xəmirə əlavə edin.

25 sm diametrli formanı yağlayın, un səpin. Xəmiri içinə tökün.

Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Süfrəyə verməzdən əvvəl soyudun.