K U L İ N A R İ Y A
Qaymaqlı sousda krevetka
Admin 20 Aug, 2025 2 baxış 2 nəfər

Qaymaqlı sousda krevetka

İnqrediyentlər:

  • 500 qr təzə və iri krevetka
  • 1 dəstə cəfəri
  • 1 ədəd acılı çili bibəri
  • 100 qr kərə yağı
  • 1 ədəd limon şirəsi
  • duz
Kərə yağı zeytun yağında əridilir. Qızandan sonra xırda doğranmış acılı bibər əlavə edilərək 30 saniyədən sonra tavadan götürülür. Ardınca otlar (doğranmamış) və xırda doğranmış sarımsaq əlavə edilir. Onların üzərinə krevetkalar düzülür və limon şirəsi səpilir. Təqribən 3 dəqiqə qızardılır, duz və istiot əlavə edilir.

Çevirilir, üzərinə cəfəri səpilir və 2 dəqiqə qızarandan sonra tavanın altı söndürülür. Krevetkalar hazırdır! Əsas odur ki odda çox qalmasınlar, yoxsa rezin kimi olarlar.

Süfrəyə verərkən yanında düyü və yarı laym (limon) verilir, üzərinə göyərti səpilir