Şabalıd souslu salat resepti
İnqrediyentlər:
- Toyuq filesi – 150 qram
- Rəngli bolqar bibəri – 3 ədəd
- Pomidor – 2 ədəd
- Xiyar – 1 ədəd
- Duz, istior
- Şabalıd – 200 qram
- Cəfəri – 2 dəstə
- Bitki yağı – 200 ml
Şabalıd çərtilir, pörtlədilib qabıqdan təmizlənir. Üzərinə cəfəri və bitki yağı əlavə edilib blenderdən keçirilir. Bu salatın sousudur.
Toyuq filesi bişirilir və samanvari doğranılır. Bolqar bibəri, pomidor və xiyar samanvari doğranıb filenin üzərinə əlavə edilir. Salata şabalıd sousu, duz və istiot əlavə edilib qarışdırılır
Toyuq filesi bişirilir və samanvari doğranılır. Bolqar bibəri, pomidor və xiyar samanvari doğranıb filenin üzərinə əlavə edilir. Salata şabalıd sousu, duz və istiot əlavə edilib qarışdırılır