K U L İ N A R İ Y A
şəkərsiz Kiyev tortu
Admin 20 Aug, 2025 2 baxış 5 nəfər

şəkərsiz Kiyev tortu

İnqrediyentlər:

  • 8 ədəd yumurta ağı
  • 3 ədəd yumurta sarısı
  • ½ stəkan süd
Biskviti hazırlamaq üçün ilk öncə yulaf yarmasını üyüdün və fındıqları qovurun .

Fındıqları üyüdüb yulaf unuyla qarışdırın.

Yumurta ağına limon turşusu əlavə edib mikserlə yaxşıca çırpın.

Ağaran yumurtalara fruktoza əlavə edib yaxşıca çırpın.

Yulaf unlu fındıqları da əlavə edib qarışdırın.

Hazırladığınız xəmiri 2 hissəyə bölüb bişirin.

Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Sonra 120 dərəcədə 30 dəqiqə bişirin və sonda 90 dərəcə temperaturda 30 dəqiqə bişirin

Kremi hazırlamaq üçün südü qaynatmadan qızıdırın.

Yumurta sarılarını bir qabda tel çırpıcıyla çırpın.

Üzərinə nişasta və fruktoza əlavə edib çırpmağa davam edin.

Yavaş-yavaş südü yumurtalı qarışığa əlavə edib qarışdırın.

Zəif ocağa qoyub qatılaşanadək bişirin və soyudun.

Soyuyanqarışıma yağlı pendiri və 1 xörək qaşığı yulaf ununu əlavə edərək qarışdırın. Kremi 2 ayrı qaba ayırın.

Birinə kakao qatıb qarışdırın.

Soyuyan korjların birinə hazırladığınız ağ rəngli kremi yaxın.

Daha sonra 2-ci korju qoyub kakaolu krem yaxın.

Xırdalanmış qozla bəzəyərək 1 gecə soyuducuda saxlayın.

Soyuducudan çıxardaraq dilimləyib çayla servis edin