K U L İ N A R İ Y A
Sevimli Xəzər Salatı
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Sevimli Xəzər Salatı

İnqrediyentlər:

  • 3 ədəd kartof
  • 3 ədəd təzə xiyar
  • zövqə görə duz, istiot
  • 1 ədəd limon
  • 1 ədəd xiyar
Bir neçə dilim nərə balığını qazana qoyub üzərinə soyuq su töküb zəif ocaqda bişirin. Üzərinə yığılna kəfi yığaraq duz və dənə istiot əlzvə edib zəif ocaqda 20 dəqiqə bişirin. Bişən balığı süzün. Kartofu suda bişirin. Bişmiş, qabığı soyulmuş kartofu kub şəklində doğrayın. Xiyarı da kub formasında doğrayın. Bir qabda doğranmış kartof, xiyar və tərxun yarpaqlarını qarışdırın.

Üzərinə duz, istiot,xama və mayonez vurub qarışdırın. Salatı düzəcəyiniz boşqaba kahı yarpaqları yerləşdirin. Kahının üzrinə salatı dağ şəklində yayın.

Üzərinə bişmiş, soyumuş nərə balığı filesini düzün. Nazik losos balığı dilimini rulet və ya buket şəklində büküb salatın kənarlarına düzün. Hər rulet şəklində bükülmüş balıqların orta hissəsinə kürüləri səpin. Salatı limon və xiyar dilimləri, tərxun budaqları ilə bəzəyin.