K U L İ N A R İ Y A
Spritsen peçenyeləri resepti
Admin 20 Aug, 2025 2 baxış 5 nəfər

Spritsen peçenyeləri resepti

İnqrediyentlər:

  • 1 yumurta
  • 200 q şəkər pudrası
  • 5 q duz
  • 15 q vanilli şəkər
  • 500 q un
1 yumurta və kərə yağını mikserlə köpüklənincə çalın.Şəkər pudrası, duz, vanilli şəkər əlavə edib yenə çalın.

Un qatın, taxta lövhənin üzərində əlinizlə yoğurun. Ələ yapışan kütlə alınacaq.Xəmiri konditer torbasına yığın, iri "açıq ulduz" ucluğunu taxın (kiçik olsa, xəmiri sıxmaq çətin olacaq).

Siniyə perqament döşəyin, konditer torbasını sıxaraq ziqzaq formasında, 5 sm enində şəridlər çıxarın.175-180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, açıq-qızılı rəng alanadək bişirin.

Peçenyeni dərhal çıxarın, 2 dəqiqə müddətində paylara bölün.Soyudun. İstəsəniz, şokolad qlazuruna batıra bilərsiniz