Tempura kreveti resepti
İnqrediyentlər:
- Duz - 1 çimdik
- Su - 250 ml
- Pələng krevetkası (quyruqlu) - 12 ədəd
Klyarın hazırlanması üçün tempura ununu suda həll edin (250 ml suya 150 qr. un), yaxşıca çalıb 10 dəqiqəlik soyuducuya qoyun.
Buz qırıntıları da əlavə edə bilərsiniz.
Bu zaman ərzində krevetləri hazırlamaq olar. Bunun üçün onların qabıqlarını təmizləyin, kəsib içini təmizləyin.
Krevetlərin qarınlarını iti bıçaqla müxtəlif istiqamətlərdə uzununa kəsin.
Sonra krevetlərin bişəndə burulmaması üçün onları düzəldin. Hazır krevetləri una bələşdirin.
Bitki yağını tavaya töküb demək olar ki, qaynara düşənə kimi qızdırın.
Klyarı soyuducudan çıxarın, krevetləri klyara batırıb ehtiyatla qaynayan yağa qoyun.
Bir neçə dəqiqə, xəmir azca qızarana kimi bişirin.
Krevetləri yağdan kəfkirlə çıxarıb salfetlərin üzərinə düzün ki, artıq yağ salfetə hopsun.
Tempur krevetlərini həm sərbəst şəkildə, həm roll hazırlanmasında istifadə etmək olar.
Sonda küncütlə bəzəyin. Eyni qayda ilə göbələk, tərəvəz, hətta göyərtini də klyarda hazırlayıb krevetlərlə süfrəyə verə bilərsiniz