K U L İ N A R İ Y A
Tum Halvası Resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Tum Halvası Resepti

İnqrediyentlər:

  • 1,5 stəkan un
  • 1 stəkan şəkər tozu
  • 0,5 stəkan su
  • 150 ml günəbaxan yağı
Günəbaxan tumunu qovurub qabığlarından təmizləyərək ətçəkən maşından keçirin. Unu qızılı rəng alana qədər qovurun. Hər iki inqrediyenti qarışdırın.

Ayrıca qabda soyuq suya şəkər tozu əlavə edərək qaynama müddətindən etibarən 10 dəqiqə qaynadın. Sirop hazır olan kimi yağ ilə birlikdə qarışığa əlavə edərək mikserlə qarışdırın. Bircinsli kütlə alındıqdan sonra onu qida plyonkasına bükərək forma verin və 3 saatlığa soyuducuya qoyun