K U L İ N A R İ Y A
alma deserti resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

alma deserti resepti

İnqrediyentlər:

  • Alma - 2 ədəd
  • Hamburger çörəyi və ya şəkərsiz bulka - 2 ədəd
  • Yumurta - 2 ədəd
  • Süd - 100 q
  • Duz - 1 çimdik
Alma yuyulur, qabığı soyulur, toxumu təmizlənir və kub şəklində doğranır.

Alma kərə yağında zəif odda qızardılır, yumşalandan sonra üzərinə darçın əlavə olunur və bir az da saxlanır.

Üzərinə bal əlavə edilib qarışdırılır və atəşdən götürülür.

Yumurta süd və duzla çalınır, çörəklər 3 saniyə bu qarışıqda isladılır və ikitərəfli tavada qızardılır.

Qızarmış çörəklərin üzərinə almalı içlik qoyulub servis edilir. Yanında dondurma ilə də servis etmək olar