Noxud Salatı
İnqrediyentlər:
- 1/2 stəkan noxud
- 5-6 ədəd çeri pomidorları (olmasa, 1-2 ədəd adı pomidordan istifadə edə bilərsiniz)
- 40 qr feta pendiri (adi ağ pendir)
- duz
Salatı hazırlamaq üçün bir gün əvvəldən noxudları suda saxlayırıq. Daha sonra isə bişiririk. Pomidorları kiçik-kiçik dograyırıq. Eləcə də ağ pendirləri kub şəkilində doğrayırıq.Böyük bir qaba bütün ərzaqlarımızı əlavə edib duz, istiot, narşərab. zeytun yağı və xırda dogranmış reyhanlarımızı əlavə edib qarışdırırıq.