K U L İ N A R İ Y A
Araxisli korjik resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Araxisli korjik resepti

İnqrediyentlər:

  • 415 q un
  • 155 q şəkər pudrası
  • 1 yumurta (54 qram)
  • 2 q duz (bir çimdik)
  • 1 ç.q. vanilli şəkər
Kərə yağını şəkər pudrası ilə ağarıncayadək çalın. Vanilli şəkər, duz, yumurta əlavə edib qarışdırın.

Unu qabartma tozu (və ya söndürülmüş soda) ilə qarışdırın, tədricən çalınmış yağa əlavə edərək qarışdırın.

Hazır xəmiri 8 mm qalınlıqda yayın. Dairələr kəsin. Ortalarında dəlik açın (butulka qapağından istifadə edə bilərsiniz).

1 yumurtanın sarısını soyuq su ilə çalıb korjiklərin üstünə çəkin. Sonra bunları əlinizə götürüb üzərinə xırdalanmış araxis səpin. Sininin içinə perqament döşəyin, yağlayın. Korjikləri üstünə düzün. 200 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin