Badamlı Keks resepti
İnqrediyentlər:
- 150 qr üyüdülmüş badam
- 150 qr kərə yağı
- 100 qr un
- 150 qr şəkər tozu
- 1 ədəd yumurta
- 3 yumurta sarısı
Yumşalmış kərə yağını şəkər tozu ilə mikserlə çalın.Yumurta sarılarını və bir yumurtanı əlavə edib qarışdırın.
Sonda üyüdülmüş badam, un və vanilin əlavə edin və hamısını yaxşı qarışdırın.
Keks üçün formanı yağlayın, bir az un səpin və keks xəmirini töküb hamarlayın. Keks xəmiri çox alınmır, yaxşı olar ki, kiçik qab götürəsiniz.
170 dərəcə isidilmiş sobada 1 saata qədər bişirin.Tamsoyuduqdan sonra kəsə bilərsiniz. Zövqə görə üzərinə şəkər kirşanı səpmək olar.