K U L İ N A R İ Y A
Badam plov
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Badam plov

İnqrediyentlər:

  • 2 stəkan düyü
  • 3,5 stəkan toyuq suyu
  • 1 çay qaşığı duz
  • 1 ədəd yumurta
  • Lazım olan qədər un
Təmizlənmiş düyü yarım saat duzlu-ilıq suda isladılır. Fıstıq və kişmiş yağda azca qovrulur. Üzərinə isladılıb, yuyulan, süzülən düyü əlavə olunur, bir neçə dəqiqə qovrulur. Isti toyuq suyu əlavə olunur. Əvvəlcə orta, sonra az istilikdə 20 dəqiqə bişirilir. Ocaqdan götürüldükdən sonra didilmiş toyuq əti, duz, istiot, sana əlavə olunur, yavaşca qarışdırılır. Qazan ilə qapaq arasına kağız dəsmal qoyub saxlanılır, xəmir hazırlanır.

Bunun üçün, yumurta, yumuşaq kərə yağı, duz, su, lazım olan qədər unla orta yumuşaqlıqdan bir az sərt bir xəmir əldə edilir. Xəmir yarım sm. qalınlığında oxlov ilə açılır. İri bir qab kərə yağı ilə bolca yağlanır. Qabın alt və yan kənarlarına təmizlənmiş, iç qabığı çıxmış, badamlar düzülür. Üzərinə açılan xəmir kənarlardan daşacaq şəkildə yerləşdirilir. Hazırlanan soyudulmuş plov xəmirin üzərinə tökülür. Daha sonra xəmir qızarana qədər bişirilir