K U L İ N A R İ Y A
Böyürtkənli cheesecake
Admin 20 Aug, 2025 2 baxış 4 nəfər

Böyürtkənli cheesecake

İnqrediyentlər:

  • 1, 5 paket peçenye
  • 2 yemək qaşığı süd
  • 3 yumurta
  • 1 su stəkanı şəkər
  • 400 qr labne pendiri
Peçenyeləri xırdalayaraq toz halına salırıq.qarışdırma qabına qoyuruq.

Üzərinə südü də əlavə edirik.Kərəyağını əridirik və peçenyelərin üzərinə tökərək qarışdırırıq.

Bu qarışımı da tökürük basıb sıxırıq.

Dolqusu üçün, yumurtaları qarışdırma qabına qırırıq.

Şəkəri tökürük və çırpma qaşığı ilə qarışdırırıq.

Kremi, labne pendirini qoyuruq.Qarışdırmağa davam edirik.

Peçenyenin üzərinə dolqunu tökürük.əvvəlcədən isidilmiş 180 dərəcəlik sobaya qoyuruq.

Cheesecake şişəndə dərəcəni 160-a salırıq.

Cheesecake bişəndə sobanı söndürürük və sobanın içində qapağı qapalı şəkildə soyumağa qoyuruq.

Soyuyanda sobadan götürüb mümkünsə 1 gecə şkafda gözlədib sosu töküb servis edirik