K U L İ N A R İ Y A
Burekas resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Burekas resepti

İnqrediyentlər:

  • un - 4 st
  • yumurta sarisi - 1 ədəd
  • Badımcan - 2 ədəd
  • keşniş - 1/2 dəstə
  • duz -zövqə görə
badımcanları 180 dərəcə qızdırılmış SOBAda 25-30 dəq bişiririk

Badımcan bişənə qədər Xəmiri hazırlayırııq. Yağ yumşaq olmalıdır, kefir soyuq olmalıdır, unu ələkdən keçirdirik, kefir, kərə yağı əlavə edib, kombaynda qarışdırırıq. 5 dəq qoyuruq qıarağa

sonra yene qarışdırırıq, sirkə , zeytun yağı əlavə edirik, xəmir yoğururuq. xəmiri kündələyib, 30 dəq -lik soyuducuya qoyuruq.

badımcanları soyuruq, xırda - xırda doğrayırıq. Pendir və göyərtini də doğrayırıq, duzlayıb qarışdırırıq.

xəmiri soyuducudan çıxardırıq. stolun üstünə un səpib xəmiri düzbucaqlı şəkildə 5 mm qalınlığında yayırıq. sonra eni 7 sm olan zolaqlar şəklində kəsirik

içliyi xemirin bir qırağından elə qoyuruq ki, digər tərəfini bükəndə üçbücaq alınsın

yumurta sarısını 1 qaşıq su ilə qarışdırırıq, burekasların üzərinə çəkirik və küncüt səpirik

SOBAnı 180 dərəcəyə qədər qızdırırıq, listə perqament kağızı səririk, 30 dəq qızılı rəng alana qədər bişiririk