K U L İ N A R İ Y A
Göbələkli spagetti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Göbələkli spagetti

İnqrediyentlər:

  • Spagetti (4-5 nəfərlik) 1 paket
  • 500 qr şampinyon göbələyi
  • 300 qr toyuq filesi
  • 200 ml qaymaq
  • 70 qr kərə yağı
  • 1 ədəd baş soğan
  • duz və istiot
Gördüyünüz kimi ərzaqlar çox sadə və asan əldə olunandır.Tavaya kərə yağı əlavə edib isidirik. Soğanı soyub xırda doğrayırıq. Soğanı yağda şəffaflaşana qədər bişiririk. Sarımsağı soyub sarımsaq əzən vasitəsi ilə əzib bura əlavə edirik. Daha sonra toyuğun döş ətini doğrayıb əlavə edirik və təxminən 6-7 dəqiqə bişiririk. Toyuğun suyu çəkiləndə doğranmış şampinyon göbələyini də tavaya əlavə edib qarışdırırıq. Göbələyin suyu çəkilənə qədər bişiririk. Duz və istiot əlavə edib qarışdırırıq.

Sonda qaymağı əlavə edib 2 dəqiqə ocaqda saxlayıb altını söndürürükSpagettini adi qaydada qaynadıb süzürük. Bunun üçün bir böyük qazana su doldurub qaynadırıq. 1 xörək qaşığı bitki yağı və duz əlavə edirik. Bu spagettinin yapışmasının qarşısını alacaq.

Spagettiləri əlavə edib yumşalıb hazır olana kimi qaynadırıq. Suyunu süzürük.

Hazırladığımız qaymaqlı göbələkli qarışımı spagetti ilə qarışdıra və ya ayrı-ayrılıqda süfrəyə verərsiniz. Mən qarışdırmadım, siz öz istəyinizə görə edə bilərsiniz