K U L İ N A R İ Y A
Darçınlı Alma çipsi
Admin 20 Aug, 2025 2 baxış 2 nəfər

Darçınlı Alma çipsi

İnqrediyentlər:

  • 2 ədəd böyük alma
  • şəkər tozu -darçın
  • maye yağ(günəbaxan yağı)
Öncə sobanı 125 dərəcəyədək qızdırın. Soba sinisini yağlayın və ya yağlı kağız sərib sonra yağlayın. Almaları dilimləyin,yağlı kağız üzərinə sərin.Daha sonra düzdüyünüz almaların üzərini yağlayıb darçın və şəkər tozu səpin.Sinini sobaya qoyun,təxminən 30 dəqiqə qızaranadək bişirin.Sinini çıxarıb almaları tərs çevirin və yenidən digər üzəri qızarana qədər 15-20 dəqiqə sobada bişiririk.Almaları sobadan çıxarıb soyutduqdan sonra darçınlı alma çipsi xidmət edilir