Sobada toyuq nuggets
İnqrediyentlər:
- 500 qr toyuq döş əti
- ¼ stəkan un (yulaf unu)
- 1 çay qaşığı duz
Toyuğun döş ətlərini kiçik kvadrat hissələrə kəsib bir qaba tökün. Bir kasada un, duz və ədviyyatları qarışdırın. Toyuq ətlərinin üstünə zeytun yağı töküb qarışdırın. Toyuq ətlərini unlu qarışığa batırıb hər tərəfini una bulayın. Artıq unu silkələyib ətləri yağlı kağız sərilmiş soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin. İsti olaraq süfrəyə verin. Nuş olsun!