Diyetik salat
İnqrediyentlər:
- 2 ədəd bişməmiş yerkökü
- 1 ədəd alma
- 2 ədəd şirin bolqar bibəri
- 1 dəstə şüyüd
Almanın qabığını soyub, kiçik yarımhalqalar şəkilində doğrayın. Bolqar bibərini də kub formasında doğrayın. Yerkökünün də qabığını təmizləyib, sürtgəcdən keçirin. Ərzaqları qatıq və ya xama ilə qarışdırıb, üzərinə doğranmış göyərti səpin