Meyvəli, kəsmikli sufle
İnqrediyentlər:
- 250 qr kəsmik
- 1 yumurta və 1 yumurta ağı
- 1 x/q şəkər tozu
- 1 ədəd banan
- 1 ədəd alma
Kəsmiklə bir bütöv yumurta və bir yumurtanın ağını qarışdırın. Meyvələri də kiçik kub formasında doğrayıb, kütləyə əlavə edin. Şəkər tozunu da töküb, qarışdırın. Kiçik ölçülü soba qabına töküb, sobada təxmini 5-10 dəqiqə bişirin. Hazır suflenin üzərini darçınla bəzəyib, süfrəyə verə bilərsiniz.