K U L İ N A R İ Y A
Ev Sayağı kumpir resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Ev Sayağı kumpir resepti

İnqrediyentlər:

  • Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar)
  • Kök – 1 ədəd
  • Yumurta – 2 ədəd
  • Xiyar turşusu – 1 ədəd
  • Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram
  • Qarğıdalı (konservləşdirilmiş) – 60 qram
  • Pomidor – 1 ədəd
  • Duz
Kartof, kök və yumurta təmiz yuyulur, bişməyə qoyulur. Bişdikdən sonra kök, yumurta ağı, xiyar, pomidor xırda-xırda doğranılır. Noxud və qarğıdalı yuyulur, suyu süzülür. Bütün bunlar mayonez və xama ilə qarışdırılır. Zövqə görə duz və istiot əlavə edilir.

Kartoflar ehtiyyatla iki hissəyə ayrılır, içləri ovulur. Sonra pendir sürtgəcdən keçirilir və ovulmuş kartofla qarışdırılır. İçərisinə bir az duz və istiot əlavə edilir.

Daha sonra kartofun içinə əvvəlcə pendirli kartof, sonra isə salat yığılır. Üzərinə də holland pendiri səpilir. Mən isə üzərinə holland pendiri səpmədim və ağ pendirlə hazırladım. Sonra kumpirlər zeytun yağı ilə yağlanmış formaya qoyulur və əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişirilir. Bişdikdən sonra istədiyiniz kimi bəzəyib servis edə bilərsiniz