Toyuq döş əti qızartması resepti
İnqrediyentlər:
- döş əti - 4 ədəd
- ərik - 250 qram
- pendir - 100-150 qram
- duz, istiot, xoşladığınız ədviyyat
Döş əti təmiz yuyulur. Uzunu istiqmətində orta hissəsndən cib şəklində kəsilir. Döş ətinin içərisinə ən çox xoşladığınız ədviyyatlar və duz səpilir və ortadan bölünmüş əriklər ətin içərisinə qoyulur. Pendir xırdalnır və smetanla qarışdırılıb ətin kəsik atılan hissəsindən içərisinə doldurulur. Döş ətinin kəsilən hissəsi diş çöpləri ilə birləşdirilir və qaba yığılır. Ətin üstündən duz, isitiot,ədviyyatlar səpilir və üstünə rəndələnmilş pendir qoyulub sobada bişirilir.
Döş əti 180*-də 30 dəqiqə ərzində bişirilib hazır olur
Döş əti 180*-də 30 dəqiqə ərzində bişirilib hazır olur