Ev seraitində mayonez
İnqrediyentlər:
- 2 ədəd yumurta sarısı
- 1/4 ədəd limon suyu
- 400 ml və ya 2 su stəkanı duru yağ
- 10 qr və ya 1 xörək qaşığı xardal
Ev şəraitində mayonez hazırlamaq üçün yumurta sarısını xardalla birlikdə mikserlə qarışdırın. Limon suyunu əlavə edib qarışdırmağa davam edin. Duru yağı yavaş-yavaş hazırladığınız qarışığa əlavə edin. Dadına baxıb duz və istiot əlavə edin. Rəngini açmaq üçün istəsəniz qatıq da əlavə etmək olar