K U L İ N A R İ Y A
Fisincan plov resepti
Admin 20 Aug, 2025 2 baxış 5 nəfər

Fisincan plov resepti

İnqrediyentlər:

  • 500qr qoyun ətinin qiyməsi
  • 2 ədəd orta ölçülü narın dənələri
  • 3 ədəd soğan
  • duz, bibər (zövqə görə)
Öncə qiyməyə biraz duz və istiot vurub xirda toplar hazırlayırıq. Bir kənarda soğanları yarihalqa formasında doğrayıb qızılı rəng alanadək kərə yağında qızardıb götürürük.

Tavaya yağ əlavə edib hazırladığımız xırda topları bir neçə dəqiqə qızardırıq.

Sonra üzərinə qızardılmış soğanı əlavə edirik.

1 stəkan suda həll olmush 3 x/q palçıq turşu ilə 1 x/ q limon suyunu da (limon suyunu limon duzu ilə də əvəzləyə bilərik) ətin üstünə tökürük.

Nar dənələri, sürtgəcdən keçiril Sü rtgəcdən keçirilmiş qoz,

Nar dənələri darçını da əlavə edib tavanın qapağını bağlayırıq.

Yağa düşənədək orta odda bişiririk. Çuğun tavanız yoxdursa mənim üsulumdan istifadə edə bilərsiz.

İndi keçək plovun hazırlanmasına:

əridilmiş kərə yağı

iki çimdik zəfəran

5 qaşıq süzülmüş düyü gərəkdir.

Düyünü duz əlavə olunmuş ilıq suya tökürük və aşı hazırlayacağımız qazana su doldurub qaynamağa qoyuruq. Su yaxşıca qaynayanda içinə duz və artiq yuyulmuş düyünü elavə edirik. Düyü tam bişməmiş ocaqdan götürüb süzürük. Süzdüyümüz düyüdən 5 xörək qaşığını 2 yumurta və 1 qaşıq xama ilə qarışdırıb qazmaq formasında qazanın dibinə yayırıq. Üzərinə qalan düyünü, yarım stəkan qaynar suda dəmlədiyimiz zəfəranı və 150qr ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyuruq. 40 dəqiqəyə plovumuzda hazırdır. Fisincan plovu isti halda süfrəyə veririk.