Makarun
İnqrediyentlər:
- 1 ədəd yumurta ağı
- 4 xörək qaşığı şəkər tozu (50 qr)
- 1 stəkan kokos qırıntıları ( 60 qr)
- 1/8 çay qaşığı duz
- 1/4 xörək qaşığı vanil ekstraktı
- 115 qr şokolad
1 ədəd yumurtanın ağını sarısından ayırın. Bir qabda yumurta ağını azca çırpın. Daha sonra bura şəkər tozu, vanil, duz əlavə edib çırpmağa davam edin.
Daha sonra kokos qırıntılarını əlavə edərək qarışdırın. Bu qarışımın koksistensiyası nə çox yapışqan, nə də çox sulu olmalıdır.
Soba listinə kalka kağızı salın. Sonra əliniz ilə və ya qaşıq ilə kiçik toplar formalaşdırıb kağızın üzərinə düzün. Bu porsiyadan 8 ədəd makarun alınır.15-20 dəqiqə 170 dərəcəli sobada bişirin. Bişmiş macaroonları soyudun
Şokoladı mikrodalğalı sobada və ya su hamamında əridin. Hazır makarunların alt hissəsini şokolada batırıb kalka kağızının üzərinə qurumağa qoyun. Qalan şokoladla isə üzərini bəzəyə bilərsiniz.
Şokolad quruduqdan sonra makarunları qablara yığıb saxlaya bilərsiniz.