Quru Meyveli Keks
İnqrediyentlər:
- 200 qr kərə yağı
- 250 qr qatıq (və ya xama ilə də əvəz edə bilərsiniz)
- 200 qr şəkər tozu (1 stəkan)
- Vanil 10 qr
- 4 ədəd yumurta
- 1 paket qabartma tozu (10 qr)
- 250 qr quru meyvələr
- 380 qr un (təxminən 2 stəkan yarım)
Yumurta və şəkər tozunu mikserlə ağarana qədər 5-7 dəqiqə çalın , sonra bura əridilmiş kərə yağını əlavə edib çalın. Qatığı töküb qaşıqla qarışdırın.Sonra bura un və qabartma tozunu ələkdən keçirib qaşıqla qarışdırın.
Quru meyvələri də xəmirə qatın.Keks qabını yağlayıb xəmiri tökün və hamarlayın. 180 dərəcəli sobada 45-50 dəqiqə bişirin. Hazır olub olmadığını taxta çöp ilə yoxlayın.Soyuduqdan sonra qabdan çıxarın.
Quru meyvələri də xəmirə qatın.Keks qabını yağlayıb xəmiri tökün və hamarlayın. 180 dərəcəli sobada 45-50 dəqiqə bişirin. Hazır olub olmadığını taxta çöp ilə yoxlayın.Soyuduqdan sonra qabdan çıxarın.