K U L İ N A R İ Y A
Nar suyunda quzu qovurması
Admin 20 Aug, 2025 2 baxış 4 nəfər

Nar suyunda quzu qovurması

İnqrediyentlər:

  • 30 ml təzə sıxılmış turş nar suyu
  • duz
  • 5 ədəd dənəvər istiot
Zirə, keşniş toxumu, dənəvər istiotu həvəngdəstədə yüngülcə döyün.

Narın şirəsini sıxın (1 narın şirəsi, əgər yaxşı sıxmısınızsa, 4 pay əti marinə etməyə yetir).

Bu şirəni ətə çəkin. Üzərinə ədviyyat səpib soyuducuda 2 saat saxlayın.

Kartofu suda qabıqlı bişirin. Soyudub təmizləyin, fal-fal doğrayın.

Kvadrat (35x35 sm) kəsilmiş folqanın üzərinə kartof dilimlərini düzün. Duzlayın. Əti üstünə qoyun.

Üzərinə halqa doğranmış soğan düzüb duz vurun.

Yağ əlavə etmək gərək deyil, çünki qoyun əti onsuz da yağlıdır.

Folqanı bükün. Siniyə qoyub 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin. (Bir neçə pay edəcəksinizsə, hər pay üçün ayrıca 35x35 sm ölçüdə folqa götürün).

Süfrəyə verəndə ətin yanına kartofla soğanı düzün, folqanın içində qalan sousu ətin üzərinə gəzdirin. Hətta elə folqanın içində də süfrəyə verə bilərsiniz. Üzərinə göyərti və nar dənələri səpin